1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi" üçün nəhs, Jayroyla yubiley
Azərbaycan Premyer Liqasında mövsümün ilk avtoqolu qeydə alınıb. Sportnet.az-ın məlumatına görə, "Qarabağ” – "Neftçi” oyununda qonaqların futbolçusu Jayro Rodriges öz qapısına qol vurub. Komandasının 0:3 hesabı ilə uduzduğu qarşılaşmada hesabı açan braziliyalıyadak cari mövsümdə avtoqola üzülən olmamışdı.
Bu, ölkə çempionatları tarixində "Neftçi”nin futbolçularının 13-cü belə uğursuzluğudur. Yalnız iki komandanın üzvləri daha çox avtoqola üzülüb. AZAL 18, "Qarabağ” 14 dəfə oyunçularının öz qapısına qol vurması ilə barışıb. Ağdam təmsilçisi 18-ci dəfə rəqib qolunun sevincini yaşayıb. Bu göstəricidə "Qarabağ” hamıdan öndədir. "Neftçi” 16, "Bakı” 15 dəfə belə halla üzləşib.
Ümumilikdə isə Jayronun öz qapısına qol vurması ölkə çempionatları tarixinə 160-cı avtoqol kimi düşüb.