1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Əfran İsmayılovun forması Rövşən Lənkəranskidə - FOTO
Türkiyənin İstanbul şəhərində qətlə yetirilən azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin maraqlı fotosu üzə çıxıb. Sportnet.az-ın məlumatına görə, fotoda Lənkəranskinin əynində futbol üzrə Azərbaycan millisinin son geyim forması əksini tapıb.
Həmin formanın üzərində 22 rəqəmi əksini tapıb.
Adətən, belə geyimlər hədiyyə verilir. Özü də əksər hallarda həmin forma ilə oynayan futbolçular tərəfindən. Bu baxımdan, "qanuni oğru"ya yığma üzvlərindən birinin belə hədiyyə verdiyini düşünmək olar.
Məlumdur ki, Rövşən Lənkəranski Lənkərandandır və onun "Xəzər Lənkəran" klubunun rəhbərliyi və futbolçuları ilə sıx əlaqələri olub. Bu baxımdan, formanın yalnız əsas yığma üzvlərindən birinin hədiyyə etdiyini düşünmək olmaz. Aşağı yaş qrupu üzrə yığmalarda da belə nömrəni daşıyanlar var.
Son oyunlarında Azərbaycanın U-21 yığmasında 22 nömrəli forma ilə qapıçı Tərlan Əhmədli meydana çıxıb. U-19 millisində belə formada oyunçu olmayıb. U-17 yığmasında isə 22 nömrəli formada qapıçı Murad Popovun adına rast gəlinir. Əsas yığmaya gəldikdə, dərhal Əfran İsmayılov göz önünə gəlir. O isə "Xəzər Lənkəran"da 2014-cü ilin iyunundan dekabrın sonlarınadək çıxış edib.
Beləliklə, Rövşən Lənkəranskiyə formanın Əfran İsmayılov tərəfindən hədiyyə edilmə ehtimalının daha böyük olduğu qənaətinə gəlmək olar. Məsələ ilə bağlı hazırda "Qarabağ"da çıxış edən futbolçunun özü ilə danışmaq mümkün olmayıb.