1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Əl Jadeyuinin bitən həsrəti, qol seriyası və 531 legioner
Azərbaycan Premyer Liqasında daha 2 legioner qol hesabını açıb. Sportnet.az-ın məlumatına görə, bu, III turda fərqlənən Gerhard Proqni ilə Əl Hərbi Əl Jadeyui olub. "Zirə"nin albaniyalı legioneri qol hesabını AZAL-la ev matçında dubl etməklə açıb və 3:1 hesablı qələbədə böyük pay sahibi olub. 30 yaşlı Proqni "Zirə"nin tarixinə ilk albaniyalı futbolçu kimi düşüb.
Onunla həmyaşıd olan Əl Jadeyuini də dubl müəllifi saymaq olar. Çünki "Qarabağ"ın "Neftçi"yə 3:0 hesabı ilə qalib gəldiyi ev matçında hesabın açılmasında iştirak edib. Sadəcə, həmin epizodda Əl Hərbinin zərbəsindən sonra top braziliyalı müdafiəçi Jayro Filyo Rodrigesə dəydiyindən avtoqol sayılıb. Mərakeşli futbolçu ilk qolu üçün 80-ci dəqiqəyədək gözləməli olub.
Proqnidan fərqli Əl Jadeyui milli çempionatımızda debüt yox, 2-ci mövsümünü keçirir. Ancaq ilk qolunu yalnız indi vura bilib. Ötən çempionatımızda daha çox ehtiyatda qalan Əl Hərbi cəmi 9 oyun keçirib və 604 dəqiqə meydanda olub. O, ötən mövsüm tez-tez əvəzedici heyətdə oynayaraq bir neçə dəfə fərqlənməyi bacarıb. Əl Jadeyui bu mövsümə də əvəzedici heyətdə başlayıb və son turda baş məşqçi Qurban Qurbanov əsas futbolçularına istirahət verdiyindən, mərakeşli futbolçunun əsas heyətə yolu açılıb. Özü də o, özü üçün əlamətdar matçda cinah yarımmüdafiəçisi kimi yox, fərqli mövqedə - dayaq yarımmüdafiəçisi kimi fərqlənib.
Əl Jadeyui artıq 3 turdur meydanı qolsuz tərk etmir. Məsələ ondadər ki, o, ilk 2 turda əvəzedici heyətdə rəqib qapısına yol tapıb. Maraqlıdır ki, həmin matçlarda Əl Hərbi hesabı açıb, əvəzedici heyətə göndərilən digər yarımmüdafiəçi, millimizin saviq üzvü Cavid Tağıyev bundan sonra 2-ci qolu vurub.
Ötən turda legionerlərdən gürcü hücumçu David Janelidze ilə rumın müdafiəçi Maneul Skarlatake də qol vurub. Sadəcə, məsələ ondadır ki, Premyer Liqamıza bir müddətlik fasilədən sonra qayıdan bu legionerlər daha öncə fərqləniblər. İndisə onlar yeni klublarında - Skarkalate "İnter"də, Janelidze AZAL-da qol hesabını açıb.
Qeyd edək ki, 1992-ci ildən keçirilən milli çempionatımızda artıq 531 legioner qol vurub. Cari çempionatadək çıxış edən 976 legionerdən 528-i fərqlənmişdi. Bu çempionatda ilk qol vuran yeni legioner I turda fərqlənən "Qəbələ"nin fransalı hücumçusu Baqali Dabo olub.
Mehman Süleymanov
Yazı AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb