1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Futbolumuzda yeni tarix və ya ötənilki ssenarinin təkrarı
Azərbaycan futboluna qeydə alınan rekord yenilənib. Sportnet.az-ın məlumatına görə, ardııcl 2-ci il ölkəmiz Avropa Liqasının qrup mərhələsində 2 klubla təmsil olunmaqla yeni tarix yazılıb. Bu, yenə "Qarabağ" və "Qəbələ" ilə olacaq.
Ötənilki ssenari təkcə komandaların adları ilə yox, cızdığı qrafiklərlə də təkrarlanıb. Belə ki, "Qarabağ" bu dəfə Çempionlar Liqasının II təsnifat mərhələsində mübarizəni dayandırdıqdan sonra Avropa Liqasının pely-offuna düşüb və oradan qrupa yüksəlib. Ümumiyyətlə, Qurban Qurbanovun komandası ardıcıl 3-cü dəfə belə çıxışla məqsədinə çatır. Yəni "Qarabağ"ın çempion olduğu mövsümlərdə Avropa Liqasının qrupuna düşməsi mütləq olur və bu, artıq ənənə halını alıb.
"Qəəblə" isə ötən mövsümdə olduğu kimi, mübarizəyə I təsnifat mərhələsindən başlayıb və 4 rəqibi keçərək qrupa düşüb. Komanda yenə buna ukraynalı baş məşqçisi Roman Qriqorçukun rəhbərliyi altında nail olub və ardıcıl 2-ci dəfə qrupa düşməklə "Qarabağ"ın rekordunu təkrarlayıb. Ağdam klubu isə 3-cü dəfə bu uğura imza atmaqla öz rekordunu yeniləyib.
Xatırladaq ki, ökəmizə qrupa ilk dəfə 2012-ci ildə "Neftçi" ilə çıxıb. Bu 3 təmsilçimizdən hələ ki heç biri 1/16 finala vəsiqə qazana bilməyib.
Mehman Süleymanov
Yazı AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb