1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Qəbələ”, Şota Arveladze və “lotereya”
"Qəbələ” ötən il Avropa Liqasında olduğu kimi I təsnifat mərhələsindən qrupa düşən 2 klubdan biri olub. Sportnet.az-ın məlumatına görə, digəri İsralilin "Makkabi” klubu olub.
Gürcü mütəxəssis Şota Arveladzenin baş məşqçisi olduğu Təl-Əviv təmsilçisi Sloveniyanın "Qoritsa” (evdə 3:0, səfərdə 1:0), Qazaxıstanın "Kayrat” (səfərdə 1:1, evdə 2:1), Rumıniyanın "Pandurii” (səfərdə 3:1, evdə 2:1) və Xorvatiyanın "Hayduk” (evdə 2:1, səfərdə 1:2, penaltilərlə 4:3) klublarını məğlub edib. Göründüyü kimi, yəhudilər oyunsonrası "lotereya”da dəqiq olmasaydılar, "Qəbələ” Avropa Liqasında qrupa 4 mərhələ keçərək düşən yeganə komanda olacaqdır.
"Makkabi” həmin 8 oyundan 6-da qalib gəlib, 1-də heç-heçə edib, 1-də uduzub. "Qəbələ”nin isə təsnifat mərhələsində 5 qələbə, 1 heç-heçə, 2 məğlubiyyəti olub.
Xatırladaq ki, ötən yay Norveçin "Rusenborq” klubu Roman Qriqorçukun komandası kimi 4 mərhələ keçərək qrupa düşmüşdü. Onda "qırmızı-qaralar” evdə qol buraxmayan yeganə komanda kimi Avropa Liqaısnda rekorda imza atmışdı.