1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəşad Qasımov: "Azərbaycanda futbola sevgi divandadır" - MÜSAHİBƏ - VİDEO
"İnter"in prezidenti Rəşad Qasımov klubun televiziyasının "Küncdən zərbə" verilişinə müsahibə verib. Sportnet.az həmin müsahibəni təqdim edir.
- İlk olaraq komandanın Gürcüstandakı təlim-məşq toplanıı haqda fikirlərinizi bildirərdiniz...
- Komandamızın çempionatda fasilə olanda Gürcüstanda təlim-məşq keçməsi mütəmadi haldır. Burada yoldaşlıq görüşü keçirmək üçün rəqib axtarılır. Bu, həm komandanın oyun ritmindən, futbolçuların fiziki hazırlığının aşağı düşməməsi ilə bağldır. "İnter" artıq 10 gündür Gürcüstandadır. Kifayət qədər keyfiyyətli hazılrıq keçdik. Bildiyiniz kimi, 9 futbolçumuz milli komandalardadır. Ancaq buna baxmayaraq, heyətin qalan hissəsi burda hazırlıq keçdi. Bildiyiniz kimi, "Samtredia" ilə yoldaşlıq görüşçü keçirdik və 2:0 hesabı ilə qalib gəldik.
- "Qəbələ"nin Avropa Liqasında məğlub etdiyi "Samtredia" iə oyun və nəticə haqda nə düşünürsünüz?
- Təbii ki, qələbə qazanmaq çox sevindiricidir. Bu, yoldaşlıq görüşü olmasına baxmayaraq, "Samtredia" tam heyətlə çıxış etdi. Çox maraqlı qarşılaşma oldu. "İnter" ilk hissəni tam üstünlüklə keçirdi. Çox sevindirici haldır ki, bura gəldiyim zamanı mənimlə görüşən bir neçə gürcü mütəxəssis komandamızın çox gözəl oyun nümayiş etdirdiyini vurğuladı. Kifayət qədər özünəməxsus taktika ilkə oyun göstərdik. Çox layiqli bir qələbə idi. Komandanın indiki durumunu çox yüksək qiymətləndirirəm.
- Komanda üzvləri ilə ünsiyyət qurdunuz. Ümumi atmosferi necə qiymətləndirirsiniz?
- Çox gözəl. Futbolçuların bu toplanışa çox peşəkarcasına yanaşmaları qeyd olunmalıdır. Ola bilsin ki, yayda tam təlim-məşq toplanışı keçməyənlər burda özlərini göstərdilər. Kifayət qədər fiziki artım müşahidə olunur. Komandada çox gözəl ab-hava var. Yenə bir ailə kimidirlər, bir-birlərinə hörmətlə yanaşırlar. Təbii ki, bu, çox sevindiriri haldır.
- Çempionatda ilk 3 tur arxada qalıb. Nəticəni necə dəyərləndirirsiniz?
- Nəticə böyük təəccübümə səbəb olmadı. Çünki bunu gözləyiridm. "İnter"in transferləri zamanı onun gücünü dəfələrlə müzakirə etmişdik. Mütəxəssislərin firkincə, komandamız gücləndirildi, ancaq o qədər yox. "Qarabağ"la "Qəbələ"yə qarşı elə də güclü oynamayacağımız bildirilirdi. Deyilirdi ki, "İnter" başqaları ilə bacaracaq, ancaq bu 2 komanda ilə yox. İlk 3 oyunumuzdan 2-si məhz "Qarabağ"la "Qəbələ"yə qarşı idi. "Qarabağ" üzərində evdə çox gözəl qələbə qazandıq, "Qəbələ" ilə isə səfərdə bəlkə də çempionatda ən vacib xallardan birini götürdük. "Kəpəz"ə qarşı ilk 30 dəqiqədə çox gözəl oyun göstərdik. Həmin anadək hesab 1:0 yox, 3:0 xeyrimizə olmalı idi. Ancaq sonrakı olayları nəzərə alsaq, 1 xal qazanmağımız çox uğuru nəticədir. Avrokubok iştiraklarçılarımızdan 5 xal almaq "İnter" üçün yaxşı startdır.
- Təqvimi necə qiymətləndirirsiniz?
- "İnter"in hədəfi dəyişməz qalır - çempionatı ilk üçlükdə başa vurmaq və avrokuboklara vəsiqə qazanmaq. Təbii ki, bu nəticəni təqvimə əsasən oyunlarda əldə etməliyik. "İnter" üçün təqvim fərq etməz, komanda azdır. Hər bir oyun final matçıdır və hər birində qalib gəlmək, xal itirməməyə çalışmaq lazımdır. Bu, bütün rəqiblərlə qarşılaşmalara aiddir.
- Növbəti turda səfərdə "Sumqayıt"la oynayacağıq. Bu komanda ilə matçlarımız həmişə maraqlı, gərgin keçib. Proqnozunuz nədir?
- "İnter"in götürdüyü yüksək oyun səviyyəsini aşağı salmaq qəti olmaz. "Sumqayıt"la ən yaxşı oyunumuzu göstərməklə qələbə qazanmalıyıq. Biz buna qadirik. Qalib gəlməyimiz üçün bütün imkanlar var. Təəssüf ki, bir neçə zədəlimiz var. Ruslan Abışov zədələnib. Bu, "İnter" üçün böyük itkidir. Ümid edirəm ki, Ruslan "Sumqayıt"adək hazır olacaq. Digər böyük itkimiz Manuel Skarlatakedir. Məndə olan məlumata görə, o, 2-3 həftəyə sıraya qayıdacaq. Yəqin ki, qarşıdakı 2 turu buraxandan sonra 3-cü tura hazır olacaq.
- Azarkeşlərə nə sözünüz var?
- Mən bilirəm ki, Azərbaycanda futbola sevgi var. Ancaq bu, stadionlarda yox, divanda, televizor arxasındadır. Ümid edirəm ki, azarkeşlər "İnter"ə divanda yox, gəlib stadonda baxacaqlar. Bunu ən azından "Neftçi" ilə ev oyunumuzda gözləyirəm. Çünki "İnter" artıq xarici komanda deyil, Azərbaycanın, azərbaycanlı oğulların komandasıdır. Mənim üçün çox fəxr idi ki, "Qarabağ"la açılış oyunumuzda "İnter"in 11 futbolçusundan 9-u Azərbaycan himnini oxuyurdu. Mənim üçün komandada bundan gözəl bir şey ola bilməz. Təbii ki, əcnəbilərə qarşı heç bir sözüm yoxdur. Baş məşqçimiz Zaur Svanadze güclü mütəxəssisdir. Zurab Xizanayşili böyük futbolçudur. Manuel Skarlatake də əsl peşəkar oyunçudur. Denis Silva Kruz artıq bizim doğmamızdır. Hər halda, "İnter"də bu qədər azərbaycanlıların olduğu halda, azərbaycanlıların komandaya sevgisi daha artıq olacaq. Sadəcə, ona gəlib stadiondan dəstək olmaq lazımdır. Mən bunu azarkeşlərdən gözləyirəm.