Çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017 turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsində Azərbaycan millisi bu gün ilk oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, rəqib Fransa yığması olub.
Millimiz 2:3 hesabı ilə məğlub olub. Komandamızın qollarını Asif Zeynalov və İlkin Hacıyev vurub.
Millimiz turnirdə növbəti oyununu sentyabrın 4-də Macarıstan yığmasına qarşı keçirəcək. Qarşılaşma saat 12:15-də başlayacaq.










































































