1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Almaniyadan inamlı start, Çexiya xal itirdi - YENİLƏNDİ
Bu gün 2018-ci il dünya çempionatının seçmə mərhələsində (DÇ-2018) Avropa zonasında mübarizə başlayıb. Sportnet.az-ın məlumatına görə, qruplarda ilk turun matçları bu gündən başlayaraq 3 gündə keçirilir.
İlk oyun günündə 9 qarşılaşma olub və bunlar C, F, E qruplarının matçlarıdır. Azərbaycan milli komandasının yer aldığı C qrupunda hər 3 oyun bu gün olub. İlk turda qələbəyə sevinən qonaqlar olublar. Azərbaycan San Marinonu, Almaniya Norveçi onun meydanında qol buraxmadan məğlub edib. Çexiya ilə Şimali İrlandiyanın görüşündə isə qolsuz heç-heçə qeydə alınıb.
Bununla da millimiz Bundestimlə birgə ilk turdan sonra qrup liderliyini bölüşdürür. Sadəcə, almanlar bizdən fərqli 1 yox, 3 qol vurduqlarından turnir cədvəlində 1-ci pillədə yer alıblar.
Reqlamentə əsasən, 54 yığma hər birində 6 komanda olmaqla, 9 qrupa bölünüb. Onlar Rusiyada keçiriləcək mundiala 13 vəsiqə uğrunda mübarizə aparacaqlar. Qrup liderləri birbaşa, ikinci yerləri tutanlardan 8 ən yaxşısı isə "pley-off" matçlarında qalan 4 vəsiqənin sahibini müəyyənləşdirəcəklər. Tarixdə ilk dəfə Kosovo və Cəbəllütariq də dünya çempionatına yüksəlməyə çalışacaq.
Qeyd edək ki, yığmamız qrupda növbəti oyunlarını oktyabrın 8-də evdə Norveçlə, 11-də səfərdə Çexiya ilə keçirəcək.
4 sentyabr
C qrupu
20:00 San Marino - Azərbaycan - 0:1
Qol: Ruslan Qurbanov, 45
Qırmızı vərəqə: Kristian Brolli, 52 (Malta, birbaşa)
22:45. Çexiya - Şimali İrlandiya - 0:0
22:45. Norveç - Almaniya - 0:3
Qollar: Tomas Müller, 16, 60, Josua Kimmix, 45
20:00. Danimarka - Ermənistan - 1:0
Qol: Kristian Eriksen, 17
20:00. Qazaxıstan - Polşa - 2:2
Qollar: Sergey Xijniçenko, 51, 59 - Bartoş Kapustka, 9, Robert Levandovski, 35-pen
22:45. Rumıniya - Çernoqoriya - 1:1
Qollar: Adrian Popa, 85 - Stefan Yovetiç, 87
F qrupu
20:00. Litva - Sloveniya - 2:2
Qollar: Fyodr Çernıx, 32, Vikintas Slivka, 34 - Rene Krhin, 77, Bostjan Sezar, 90+3
20:00. Slovakiya - İngiltərə - 0:1
Qol: Adam Lallana, 90+5
Qırmızı vərəqə: Martin Şkrtel, 57 (Slovakiya, ikinci sarı)
22:45. Malta - Şotlandiya - 1:5
Qollar: Alfred Effionq, 14 - Robert Snodqrass, 10, 60-pen, 85, Kris Martin, 53, Steven Fletçer, 79
Qırmızı vərəqələr: Jonatan Karuana, 59, Luka Qambin, 90+1 (hər ikisi Malta, birbaşa)