İspaniya Futbol Federasiyasının rəhbəri Anxel Mariya Vilyar UEFA prezidentliyinə namizədliyini geri götürüb.
Sportnet.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, Vilyar hazırkı vəzifəsində qalmağa qərar verib.
Beləliklə, sentyabrın 14-ü keçiriləcək UEFA-ya prezident seçkilərində iki namizəd - hollandiyalı Mixael van Praqla sloveniyalı Aleksandr Çeferin mübarizə aparacaq. AFFA namizədlərdən Çeferini dəstəkləyəcəyini açıqlayıb.









































































