UEFA İsveçrə hakimiyyət orqanları ilə birgə qaçqınlar üçün futbol turniri təşkil edəcək. Sportnet.az-ın məlumatına görə, Nyonda keçiriləcək turnirdə təxminən 120 qaçqın iştirak edə biləcək.
Onlar 16 komandada mübarizə aparacaqlar. Turnirdə əsas Efiopiya və Eritre olmaqla, suriyalı, iraqlı və əfqanıstanlı qaçqınlar da iştirak edəcək.
Qeyd edək ki, qaçqınların mübarizə aparacağı turnir sentyabrın 14-də keçiriləcək.