Azərbaycan millisinin sabiq üzvü Uğur Pamuk Türkiyənin "Manisaspor" klubunun heyətində qış transfer pəncərəsinə qədər forma geyinə bilməyəcək. Sportnet.az-ın məlumatına görə, buna səbəb futbolçunun adının sifariş ərizəsinə daxil edilməməsidir.
Komandanın toplanış zamanı keçirdiyi son məşqdə zədələnən 27 yaşlı sabiq "Sumqayıt"lı İzmirdə əməliyyat olunub. Sol dizinin ön çarpaz bağları qopan futbolçu bu səbəbdən iştirak ərizəsində yer almayıb.
Rəhbərlik məşqlərdə özünü müsbət tərəfdən göstərən futbolçunun adının qışda iştirak ərizəsinə daxil ediləcəyini bildirib.
Qeyd edək ki, "Sumqayıt" klubunda çıxış edən U.Pamuk iyulda "Manisaspor"la 2 illik müqavilə imzalayıb