Bakı Apellyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən futbolçu Cavid Hüseynovun apellyasiya şikayəti üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb. Sportnet.az-ın APA-ya istinadən məlumatına görə, futbolçunun vəkili Adəm Məmmədov məhkəməyə gəlməyib.
A.Məmmədov məhkəmədə iştirak etməyəcəyini teleqram vuraraq bildirib. Buna görə proses qeyri-müəyyən vaxta təxirə salınıb.









































































