1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kəpəz"dən ilk qələbə, "İnter" 2-ci pilləyə yüksəldi - YENİLƏNDİ
Bu gün Azərbaycan Premyer Liqasının IV turuna yekun vurulub. Sportnet.az-ın məlumatına görə, turun son oyun günündə iki qarşılaşma keçirilib.
Günün ilk oyunu Gəncədə olub. "Zirə"ni qəbul edən "Kəpəz" cari çempionatda ilk qələbəsini qazanıb. Nəticədə Şahin Diniyevin komandası təhlükəli zonadan qurtula bilib.
Turun son oyununda isə "Sumqayıt" və "İnter" komandaları üz-üzə gəlib. Bu oyunda sabiq futbolçular fərqləniblər. Belə ki, Ağabala Ramazanov "Sumqayıt"a, Vaqif Cavadov "İnter"ə qol vurub. Ramazanovun qələbə topunun müəllifi olub və "İnter" bu səfər qəlbəəsi sayəsində turnir cədvəlində 2-ci pilləyə yüksəlib.
Azərbaycan Premyer Liqası, IV tur
11 sentyabr
16:00. "Kəpəz” – "Zirə” - 2:0
Qol: Julyen Ebah, 8. Şəhriyar Rəhimov, 78
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Coşqun Həsənov, Rövşən Rəcəbov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Vüsal Əliyev
Gəncə şəhər stadionu
20:30. "Sumqayıt” – "İnter” - 1:2
Qollar: Vaqif Cavadov, 90+1 - Denis Silva Kruz, 2, Ağabala Ramazanov, 61
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Xaqani Məmmədov
"Kapital Bank Arena”
Qeyd edək ki, turun digər oyunlarında "Qarabağ" AZAL-ı 6:0, "Qəbələ" isə "Neftçi"ni 8:0 hesabı ilə məğlub edib.