1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Samir Abasov: "Ramazanovun qol sevinci mənə qeyri-adi görünmədi"
"Sonuncu dəfə bir ay əvvəl oyuna çıxmışdıq. Buna görə də çempionatın ilk oyunu kimi çıxacaqlarından ehtiyatlanırdıq. Amma qorxduğumuz başımıza gəldi. Erkən qol buraxdıqdan sonra rəqibin ucaboy futbolçularına qarşı çıxış edə bilmədik. Çempionatın gedişi olsaydı, bəlkə də başqa cür çıxış edərdik".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov "İnter"ə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IV tur matçından sonra deyib.
Gənc mütəxəssis komandanın keçmiş hücumçusu Ağabala Ramazanovun "İnter"in heyətində ikinci qolunun sevincini görmədiyini bildirib: "Bu, mənə qeyri-adi gəlmədi. "İnter" üçün can qoyur, qol vurur, buna da sevinməlidir".
Abasov "Sumqayıt"a legionerin vacib gərəkli olduğunu, amma bu barədə rəhbərlik qarşısında məsələ qaldırmağa gərək olmadığını bildirib: "Danışmağa gərək yoxdur. Dəyişməyən bir şey olacaqsa, nədən danışasan".