"Neftçi"nin braziliyalı futbolçusu Flavinyo uzun illər şərəfini qoruduğu klubunun ağır vəziyyətinə biganə qalmayıb. Sportnet.az-ın məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi heyətində böyük uğurlar qazandığı keçmiş komandasının "Qəbələ"yə 0:8 hesablı məğlubiyyətinə çox üzülüb.
Flavinyo "Facebook" sosial şəbəkəsində paylaşmasında qazandıqları nailiyyətləri xatırladıb: "Biz 5 ildə ağır iş gördük və bu, effekt verdi. 3 dəfə Azərbaycanda çempionatın qalibi olduq, 2 dəfə kuboku qazandıq. Avropa Liqasının qrupuna çıxan ilk Azərbaycan klubu olduq. 2 dəfə ilin, 3 dəfə ayın ən yaxşı futbolçusu seçildim, 38 qol vurdum. Ancaq Azərbaycan futbolunun tarixi olan klubun tarixi indi məhv edilir".






































































