"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində ilk oyununun hakimləri açıqlanıb. Sportnet.az-ın əlumatına görə, sentyabrın 15-də Çexiyanın "Slovan" klubu ilə "Dalğa Arena"da keçiriləcək matç Stefan Klossnerin başçılıq etdiyi isveçrəli hakimlər briqadasına həvalə olunub. 
Ona yan xətdə Raffael Zederlə Con-İves Uiçt yardınmı olacaqlar. Əlavə hakim-köməkçiləri Alan Byeri ilə Saşa Amhofdur. Ehtiyat hakim Yohannes Vogeldir. 
Ədalət təmsilçilərinin işinə moldovalı hakim-isnpektor Vladimir Antonov qiymət verəcək. Oyunun UEFA nümayəndəsi isə bolqarıstanlı Pavel Kolevdir. 
Xatırladaq ki, "Qarabağ" - "Slovan" matçı saat 19:00-da başlayacaq. 









                 




    
    
    
    
    
    
    
    
    
























































