1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Milan Baroş: "Oynamağa gücüm var"
"Sonuncu dəfə "Qalatasaray"da oynamışam. İndi isə qrup mərhələsində meydana çıxacam. Bunun üçün şadam".
Sportnet.az-ın məlumatına görə, bunu Avropa Liqasının qrup mərhələsində sabah "Qarabağ"la qarşılaşacaq Çexiyanın "Slovan" klubunun futbolçusu Milan Baroş deyib.
Baroş 35 yaşı olmasına baxmayaraq, özünü yaşlı hiss etmədiyini bildirib: "Özümü gənc hiss edirəm. Oynamağa hazıram. Mövsüm ərzində 35 oyun keçirmirəm, amma bu oyunlar üçün gücüm var".
"Slovan"ın kapitanı sabahkı matç haqda bunları söyləyib: "Kapitanımızın yoxluğu hiss ediləcək. Ancaq komanda olaraq oyunu yüksək səviyyədə keçirməyə çalışacağıq. Zədə hər kəsin başına gələ bilər. Rəqib komandanın bütün oyununa diqqət edirik. "Qarabağ"ı analiz etmişik və çalışacağıq ki, öz oyunumuzu oynayaq. Rəqibin taktikasına qaşrı öz oyunumuzu nümayiş etdirməliyik".
Qeyd edək ki, sentyabrın 15-də keçiriləcək "Qarabağ" - "Slovan" matçı saat 19:00-da başlanacaq.