Sabah Azərbaycan klubları Avropa Liqasının qrup mərhələsində növbəti mövsümlərinə başlayacaq. Sportnet.azən məlumatına görə, ötən il olduğu kimi, "Qarabağ"la "Qəbələ" qrupda təmsilçilərimiz olacaqlar.
Qurban Qurbanovun komandası "Fiorentina" (İtaliya), PAOK (Yunanıstan) və "Slovan" (Çexiya) ilə bir qrupda çıxış edəcək. Roman Qriqorçukun yetirmələri isə "Anderlext" (Belçika), "Sent-Etyen" (Fransa) və "Maynts" (Almaniya) ilə eyni qrupda mübarizə aparacaq.
"Qarabağ" sabah "Slovan"ı "Dalğa Arena"da qonaq edəcək. Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü yararsız vəizyyətdə olduğundan, UEFA bu matçın Mərdəlkan qəsəbəsindəki stadionunda keçirilməsinə qərar verib. Matş 19:00-da başlayacaq. Bu oyundan bitəndən sonra - saat 21:00-da "Qəbələ"nin "Anderlext"lə səfər sınağı başlaycaq.
Bu, ölkəmizin qrup mərhələsində 4-cü mövsümü olacaq. Debüt 2012-ci ildə "Neftçi" ilə olub və 3 xalla (hər 3-ü heç-heçə) qrupda sonuncu olmuşuq.
"Qarabağ" isə 2014-cü ildən ardıcıl 3-cü mövsüm Avroliqanın qrup mərhələsində çıxış edəcək. Ötən 2 ildə Qurban Qurbanovun komandasnın pley-offa çıxmaq şansı sonadək qüvvədə olsa da, məhz son turda qalib gələ bilmədiyindən fürsəti əldən verib. Ancaq hər halda, "Neftçi" ilə "Qəbələ"dən fərqli hələ ki yalnız "Qarabağ" qrupda ölkləmizə qələbə qazandıra bilib. Bu, debütdə səfərdə "Dnepr", sonrakı mövsümdə Respublika stadionunda "Anderlext" üzərində olub və hər ikisində 1:0 hesabı qeydə alınıb.
Roman Qriqorçukun komandası isə qrupda debüt mövsümündə 2 xal toplayıb. Bu, "Qarabağ"ın hazırı rəqiblərindən olan PAOK-la matçlarda qolsuz bərabərlik sayəsində əldə olunub.