1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz FİFA reytinqində irəlilədi
FİFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb. Sportnet.az-ın məlumatına görə, Azərbaycan siyahıda 3 pillə irəliləyib.
Robert Prosineçkinin rəhbərlik etdiyi komanda hazırda 133-cü pillədə qərarlaşıb. Millinin aktivində 252 xal var.
Siyahıya 1646 xalla Argentina yığması başçılıq edir. İkinci pillə isə aktivində 1369 xal olan Belçika yığmasına məxsusdur. DÇ-2018-in seçmə qrup mərhələsində Azərbaycan millisinin rəqibi olan Almaniya bir pillə irəliləyərək 1347 xalla üçüncü pillədədir.
Millinin rəqiblərindən Şimali İrlandiya yığması 2 pillə geriləyərək 798 xalla 30-cu pilləyə enib. 762 xalla bir pilllə irəliləyən Çexiya 33-cüdür. Aktivində 487 xal olan Norveç yığması 20 pillə geriləyərək 70-ci olub. San Marino yığması isə bir pillə geriləyərək 17 xalla 201-ci pillədə yer alıb.
Türkiyə yığması 885 xalla iki pillə geriləyərək 210-ci, Rusiya isə 685 xalla 38-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, növbəti reytinq siyahısı oktyabrın 20-də açıqlanacaq.