Azərbaycan klubları Avropa Liqasında uğurlu ənənəsini davam etdirib. Sportnet.az-ın məlumatına görə, təmsilçilərimiz qrupda evdə mübarizəyə məğlubiyyətlə başlamayıb.
Bu, "Qarabağ"ın Çexiyanın "Slovan" klubu ilə "Dalğa Arena"da qırıla bilərdi ki, kapitan Rəşad Sadıqov son saniyələrdə vurduğu qolla buna imkan verməyib - 2:2.
"Qarabağ" 2014-cü ildə Fransanın "Sent-Etyen" klubu ilə Tofiq Bəhramov adına Respublika stadionunda qolsuz heç-heçə edib. Bundan 1 il sonra "Qəbələ" Yunanıstanın PAOK klubu ilə "Bakcell Arena"da həmin nəticəyə imza atıb.
Avroliqada qrupda iki dəfə isə mübarizəəy səfərdə başlamışıq. Bunlardan biri 2012-ci ildə turnirdə debütümüzdə olub ki, "Neftçi" "Partizan"la Belqradda qolsuz heç-heçə edib. İlk turda yalnız 1 dəfə uduzmuşuq ki, bu da "Qarabağ" ötən il "Tottenhem"lə Londonda 1:3 hesabı ilə məğlub olduğu matçdır. Halbuki, həmin matçdfa hesabı komandamız aşmışdı.