Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Gürcüstanın "Çixura" klubu UEFA-nın cəzasına məruz qalıb. Sportnet.az-ın "Goal.ge" saytına istinadən məlumatına görə, Gürcüstan təmsilçisi II təsnifat mərhələsində Türkiyə "Bursaspor”u ilə Tiflisdə keçirilən qarşılaşma zamanı gürcüstanlı azarkeşlərin meydana butulka atması və oyun zamanı pankartlar açaraq, siyasi şüarlar səsləndirməsi "Çixura"ya 15 min avroya başa gəlib.
Üstəlik avqustun 7-də Gürcüstanda baş tutacaq "Çixura" ilə səfər oyununa "Neftçi" azarkeşləri üçün xüsusi tribuna ayrılacaq.
Qeyd edək ki, iyulun 31-də "Bakcell Arena"da 0:0 hesabı ilə başa çatan "Neftçi" - "Çixura" matçında da qonaq azarkeşlərın pankart açması nəticəsində insident baş verib.