Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib. Sportnet.az-ın məlumatına görə, turun açılış oyunu Sumqayıtda baş tutub.
Şəhərin eyniadlı komandası Gəncənin "Kəpəz" klubunu qəbul edib. Oyunun ilk hissəsində qapılara qol vurulmayıb. Azarkeşlər yalnız matçın 69-cu dəqiqəsində qola şahidlik ediblər. Meydan sahiblərinin heyətində Vaqif Cavadov adını tabloya yazdırıb. Lakin gəncəlilərin cavabı çox gecikməyib. Kərim Diniyev 73-cü dəqiqədə hesaba tarazlıq gətirib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. 4 oyundan sonra "Sumqayıt" 5 xalla 6-cı pillədə qərarlaşıb. "Kəpəz" isə 5 oyundan 7 xal toplayaraq "Qəbələ" ilə 3 və 4-cü pillələri bölüşür.
Günün digər qarşılaşması "İnter Arena"da baş tutub. "İnter" paytaxtın "Neftçi" klubunu sınağa çəkib. Matçın ilk 45 dəqiqəsində qapılara qol vurulmayıb. İkinci hissənin ilk yarısında da azarkeşlər qol görməyib. Yalnız matçın 67-ci dəqiqəsində qonaqlar istəyinə çatıb. Fuad Bayramovun cərimə meydançasında Fəhmin Muradbəyliyə qarşı mübarizəsini baş hakim Fariz Yusifov on bir metrlik cərimə zərbəsi kimi dəyərləndirib. Araz Abdullayev penaltidən Səlahət Ağayevi məyus etməyi bacarıb. Oyunun sonlarına yaxın "bankirlər" məğlubiyyətdən xilas ola bilib. Rauf Əliyev 87-ci dəqiqədə hesabı bərabərləşdirib. Cəmi 2 dəqiqə sonra Əliyev dubl edib və komandasına 3 xal qazandırıb. Qarşılaşma "İnter"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Nəticədə "Neftçi" 3 xalla 7-ci pillələdə qalıb. "İnter" isə xal ehtiyatını 10-a çatdıraraq liderliyə yüksəlib.
Qeyd edək ki, tura sabah keçiriləcək "Qəbələ" - AZAL və "Qarabağ" - "Zirə" matçları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası, V tur
18 sentyabr
18:00. "Sumqayıt" – "Kəpəz" 1:1
Qollar: Vaqif Cavadov, 69, Kərim Diniyev, 73
Sumqayıt. "Kapital Bank Arena"
20:00. "İnter" – "Neftçi" 2:1
Qol: Rauf Əliyev, 87; 90+2 - Araz Abdullayev, 67
Bakı. "İnter Arena"
Qeyd edək ki, tura sentyabrın 19-da keçiriləcək "Qəbələ" - AZAL və "Qarabağ" - "Zirə" oyunu ilə yekun vurulacaq.
Komandalar |
O |
Q |
B |
M |
T-F |
X |
"Qarabağ" |
4 |
3 |
0 |
1 |
12-2 |
9 |
"İnter" |
4 |
2 |
2 |
0 |
6-4 |
8 |
"Qəbələ" |
4 |
2 |
1 |
0 |
10-0 |
7 |
"Zirə" |
4 |
2 |
0 |
2 |
4-4 |
6 |
"Kəpəz" |
4 |
1 |
2 |
1 |
4-4 |
5 |
"Sumqayıt" |
4 |
1 |
0 |
2 |
2-4 |
3 |
"Neftçi" |
4 |
1 |
0 |
3 |
2-12 |
3 |
AZAL |
4 |
0 |
1 |
3 |
1-11 |
1
|
Bombardirlər:
Baqali Dabo ("Qəbələ") - 4 qol
Ruslan Abışov ("İnter") - 3 qol
Reynaldo Silva ("Qarabağ") - 3 qol