Azərbaycan futzal yığması Kolumbiyada keçirilən dünya çempionatının final mərhələsində bu gecə qrupda sonuncu oyununa çıxıb. Sportnet.az-ın məlumatına görə, millimiz Asiyanın ən güclülərindən olan İran yığması ilə qarşılaşıb və matç 3:3 hesabı ilə başa çatıb.
Bu nəticədən sonra millimiz 4 xalla qrup 2-cisi olub və növbəti mərhələdə Tailand millisi ilə qarşılaşacaq.
Xatırladaq ki, bu, futzalçılarımızın dünya çempionatının final mərhələsində debütüdür. Həlledici mərhələdə 6 qrupda ilk 2 yeri tutan yığmalarla yanaşı, 3-cü pillənin sahibləri arasında 4 ən yaxşı komanda da 1/8 finala çıxır.
Dünya çempionatı
Qrup mərhələsi III tur
19 sentyabr
03:00.
Azərbaycan – İran 3:3
Qollar: Ahmed Esmailpur (0:1), Tiaqo Bolinha (1:1), Farhad Tavakoli (1:2), Qallo (2:2), Qallo (3:2), Tayebi (3:3)
Hakimlər: Sezar Malaqa (Peru), Kristofer Sinkleyir (Yeni Zelandiya), Alessandro Malfer (İtaliya)
Medelin. "Coliseo İvan de Bedout
Komanda |
O |
Q |
B |
M |
V.Q |
B.Q |
TF |
Xal |
İspaniya |
2 |
3 |
0 |
0 |
13 |
6 |
7 |
9 |
Azərbaycan |
2 |
1 |
1 |
1 |
10 |
7 |
3 |
4 |
İran |
2 |
1 |
1 |
1 |
9 |
11 |
-2 |
4 |
Mərakeş |
2 |
9 |
0 |
3 |
6 |
14 |
-8 |
0
|