1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Köhnə ssenari ilə başladıq...
Mehman Süleymanov
...Avropa Liqasının qrup mərhələsində tarix baxımından ən erkən startımız. Həmin gün "Qarabağ”la "Qəbələ” qrupda 4-cü mövsümümüzə başladılar. Qələbə qazanmasaq da, oyun və nəticələr bədbinliyə əsas vermədi. "Qarabağ”ın qrupunda rəqiblərinin - PAOK-la "Fiorentina”nın öz aralarındakı oyunu da heç-heçə nəticələndiyindən, hamısı 2-cu tura eyni xalla başlayacaq. Sadəcə, Qurban Qurbanovun komandası ilə PAOK-un qalan 5 matçından 2-si evdə olacaq. "Qəbələ” səfərdə "Anderlext”ə məğlub olsa da, onun da da rəqobləri – "Maynts”la "Sent-Etyen” öz aralarında heç-heçə oynadı. Sadəcə, 0:0 yox, 1:1. Fransızların sona yaxın vurduğu qol Roman Qriqorçukun komandası üçün göydəndüşmə oldu. "Qırmızı-qaralar” növbəti turda evdə almanlara qalib gələcəyi halda, 2-ci yerə yüksələ, hətta 1-ci pilləyə şərik ola bilər. Bir sözlə, hələ hər şey irəlidədir...
...Budəfəki start ötən ili xatırlatdı. Onda da səfərdə 1:3 hesabı ilə məğlub olduq ("Qarabağ” Londonda "Tottenhem”ə 1:3), evdə heç-heçə oynadıq ("Qəbələ” "Bakcell Arena”da PAOK-la 0:0). Ümumiyyətlə, köhnə ssenarilər az deyil. "Qarabağ” qrupda debüt mövsümündə olduğu kimi, Bakıda heç-heçə edəndən sonra (2014-cü ildə "Sent-Etyen”lə 0:0) İtaliyaya yollanacaq. İki il öncə Milana "İnter”lə, bu dəfə Florensiyaya "Fiorentina” lə görüşə. Deməli, son turda evdə rəqibimiz yenə italyanlar olacaq. Ancaq heç istəməzdik ki, "İnter”lə Tofiq Bəhranov adına Respublika stadionundakı ssenari təkrarlansın. Axl onda çexiyalı baş hakim Miroslav Zelnkia son saniyələrdə təmiz qolumuzu saymaqla qələbəmizi və 1/6 finala vəsiqəmizi əlimizdən aldı...
...”Qarabağ” yenə çexlərlə avrokuboklarda heç-heçə oynadı. Özü də bu bərabərliklər qol baxımından artan templə gedir. "Viktoriya” ilə Plzendə 0:0, Bakıda 1:1, indi də "Slovan"la evdə 2:2. Özü də paytaxtımızdakı matçlarda hər 2 tərəf məğlubiyyətdən son dəqiqələrdə xilas ola bilib...
...”Qəbələ” qrupda yenə ilk səfər matçında hesabı bərabərləşdirsə də, bunu qoruya bilməyərək sonda uduzub. Roman Qriqorçukun komandası ötən mövsümdə olduğu kimi, səfərdə legionerinin avtoqola üzülüb. Dormundda "Borssuiya” ilə matçda bunun müəllifi estoniyalı hücumçu Sergey Zenyov idisə, bu dəfə braziliyalı müdafiəçi Rafael Santos "fərqlənib". Hər ikisi təhlükəni sovuşdurmaq istəyərkən topa uğursuz zərbə vurmaqla onu qapımıza göndərib...
...”Qəbələ” hələ də qrupda rəqib meydanında qalib gələ bilməyib. Bu ssenari ötən il hər 3 səfər matçında olub və yalnız 1 xalla kifayətlənmişik...
...”Anderlext” indiyədək bütün Azərbaycan klublarını evdə məğlub edib - "Neftçi”ni Çempionlar Liqasının təsnifat mərhələsində 5:0, "Qarabağ”ı Avropa Liqasının qrupunda 2:1. Ancaq brüssellilər Bakıda bir qayda olaraq uduzublar. Özü də 0:1. Köhnə ssenari təkrarlansa, "Qəbələ” qrupda son ev matçında "Anderlext”dən 3 xalı var...
...Budəfəki hesablar da köhnə ssenarinin bir hissəsidir. 1:3 hesablı məğlubiyyət qrupda ilk 2 təmsilçimizin başına gəlib. Əvvəl dediyimiz kimi, "Qarabağ” "Tottenhem”ə evdə bu hesabla uduzub. Qrupda ilk ev oyunumuzda "İnter” "Neftçi”ni 3:1 yenib. İndisə "Qəbələ” bu aqibəti yaşayıb. 2:2-yə isə ilk dəfə məşhur "Neftçi" ilə "San-Siro”da imza atmışıq. Davamı "Qarabağ"la "Dalğa Arena"da gəlib. Belə gedişlə "Qəbələ"nin də 2:2-si olacaq. Nə vaxt? Bunu zaman göstərəcək...