"Biz bu il ideal heyətə malik deyilik. Hazırda start heyətində olan əsas oyunçularımızı lazımi səviyyədə əvəz edəcək futbolçularımız yoxdur". Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Çexiyanın "Slovan" klubunun baş məşqçisi İndrjix Trpişovski deyib.
Ölkə çempionatının VII turunda səfərdə "Slaviya"ya (0:1) məğlub olan komandanın baş məşqçisi heyətdə zədəli futbolçuların olmasından və oyunçu çatışmazlığından şikayətlənib: "Bu gün komandaya sanki zədə virusu yayılıb. Komandanın 7 üzvü zədəlidir. Bu isə xoşagəlməz haldır. Milan Baroş, Yak Sikora kimi futbolçularımızın da zədəsi var. Hansı ki, onları əvəz etmək çox çətindir. Baroş son bir neçə oyuna paxında zədə ola-ola çıxıb. "Qarabağ"la matçda isə əzələsində problem yaranıb. Ancaq növbəti oyunda "Karvina" qarşı meydana çıxa biləcək".
İ.Trpişovski komandanın hədəflərindən də söz açıb: "Cari mövsümdə hədəfimiz ölkə çempionatında yaxşı çıxış edərək avrokuboklara yenidən vəsiqə qazanmaqdır. Ancaq bu o demək deyil ki, Avropa Liqasına ciddi yanaşmayacağıq. Gələn mövsümdən isə geniş heyətə və yüksək keyfiyyətli futbolçulara sahib olacağıq. Hansısa bir turnirdə mübarizəni dayandırmaq istəmirik".
Qeyd edək ki, Avropa Liqasının J qrupunda "Qarabağ" və "Slovan"la yanaşı Fransanın Yunanıstanın PAOk və İtaliyanın "Fiorentina" komandaları da yer alıb.