İspaniyanın "Valensiya" klubunun baş məşqçisi Pako Aestaran istefaya göndərilib. Sportnet.az-ın məlumatına görə, bu barədə qərar klubun direktorlar şurasının iclasında qəbul olunub.
İstefaya səbəb kimi "yarasalar"ın yeni mövsümün startındakı qeyri-qənaətbəxş nəticələri göstərilib. Baş məşqçi səlahiyyətlərinin icrası daha çox Voro kimi tanınan Salvador Qonsalesə tapşırılıb.
Qeyd edək ki, "Valensiya" La Liqanın ilk 4 turunda 4 məğlubiyyətlə üzləşib.