Futbol üzrə Azərbaycan Premyer Liqasının VI turunda keçiriləcək oyunlara hakim təyinatları açıqlanıb.
Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, AZAL-la "İnter" arasında sentyabrın 24-də keçiriləcək açılış oyunu FİFA referisi Əliyar Ağayevə tapşırılıb.
Ağayev ertəsi gün "Zirə" - "Qəbələ" matçında əlavə köməkçi hakim funksiyasını yerinə yetirəcək. Bütün oyunlarda 6 hakimin xidmətindən istifadə olunacaq.
Azərbaycan Premyer Liqası
VI turun təyinatları
24 sentyabr (şənbə)
16:00. AZAL – "İnter”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Akif Əmirəli
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov
"AZAL Arena"
25 sentyabr (bazar)
15:30. "Kəpəz” – "Qarabağ”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mehman Mahmudov, Knyaz Əmiraslanov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
Gəncə şəhər stadionu
18:00. "Zirə” – "Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Nahid Əliyev, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov
Zirə İdman Kompleksinin stadionu
27 sentyabr (çərşənbə axşamı)
19:00.
"Neftçi” – "Sumqayıt”
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Vüqar Bayramov, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev