
Bu gün Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış "Qəbələ" - "Sumqayıt" oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, görüş Qəbələ şəhər stadionunda baş tutmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
Hər iki qol oyunun son dəqiqələrində vurulub. Çempionatın bombardiri Baqali Dabo "dubl" edərək, aktivindəki qolların sayını 6-ya çatdırıb. "Qəbələ" isə 13 xalla liderliyə yüksəlib. Əvəzində Samir Abasovun komandası 4 xalla 6-cı pillədə qalıb.
Azərbaycan Premyer Liqası
III tur, təxirə salınmış oyun
22 sentyabr
17:00. "Qəbələ" – "Sumqayıt" - 2:0
Qol: Baqali Dabo, 85; 90
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Rahil Ramazanov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Şahin Cəfərov
Qəbələ şəhər stadionu (CBC Sport)