1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
FİFA referisi: "160 gün evimdən uzaq qaldım"
Türkiyənin tanınmış FİFA referisi Cüneyt Çakır ölkə mətbuatına açıqlama verib. Sportnet.az-ın məlumatına görə, türkiyəli hakim bu səviyyəyə çatmaq üçün nələrdən keçdiyi dilə gətirib.
O, hakimlikdən başqa hər şeyin arxa planda olduğunu bildirib: "Keçən il tam 160 gün evimdən uzaqda qaldım. Ailəm və həyatım peşəkar karyeramdan arxa plana keçdi. Buna məcburam. Türkiyədə hakimlik hələ də həvəskar iş sayılır. Aramızda hələ də bir müqavilə yoxdur. "Mənə nə qardaş” demək şansımız da olmur. Türkiyə hakimliyi üçün bu fədakarlığı etməliyik. 40 ildə bir düşən şansdan istifadə etməyə məcburuq. Qalıcı olmağı təmin etmək üçün çox işləməliyik. Gün gələcək hər şey daha gözəl olacaq. Bizə düşən, o gün gələnə qədər öz imkanlarımızı sonuna qədər istifadə edərək, hədəfə çatmaqdır”.