1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Həmyerlimiz Rusiya futbolu rəhbərliyində!
Rusiya Futbol İttifaqı (RFS) İcraiyyə Komitəsinin yeni tərkibi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, seçki qurumun növbədənkənar Konfransı çərçivəsində gerçəkləşib.
21 üzv arasında Rusiya Mini-Futbol Assosiasiyasının əslən azərbaycanlı prezidenti Emil Əliyev də var. 38 yaşlı funksioner idarəedici orqana ilk dəfə seçilib.
E.Əliyev 1978-ci ildə Bakıda anadan olub. O, 2011-ci ildə Rusiya Federasiya Prezidenti yanında Rusiya Dövlət Qulluğu Akademiyasını başa vurub və elə həmin ilin 3 avqustunda Rusiya Mini-Futbol Assosiasiyasının prezidenti seçilib.
Qeyd edək ki, İcraiyyə Komitəsinə sədri RFS-ə yenidən prezident seçilən Vitali Mutko olacaq. Nikita Simonyan I vitse-prezident, Sergey Pryadkin və Anatoli Turçak vitse-prezident, Aleksandr Mirzoyan V.Mutkonun müşaviri vəzifəsində çalışacaq. Əvvəllər RFS İcraiyyə Komitəsinin tərkibinə 33 nəfər daxil idi.