Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor" bu gün Türkiyə Super Liqasında V turunun oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, Trabzon təmsilçisi evdə "Konyaspor"la oynayıb. Meydan sahibləri 90+5-ci dəqiqədə Yusuf Ərdoğanın vurduğu qolla 1:0 hesablı qələbə qazanıb.
"Trabzonspor"un baş məşqçisi Ərsun Yanal yenə Ramilin adını çempionatda 18 nəfərlik iştirak ərizəsinə daxil etməyib. Halbuki, Şeydayev bu həftə klubunda debütünu ölkə kubokunda vurduğu qolla qeyd etmişdi.