1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
AZAL-ın dadına gürcü legionerləri çatsa da...
AZAL Azərbaycan Premyer Liqasında uzun fasilədən sonra qol vura bilib. Sportnet.az-ın məlumatına görə, bu, VI turun açılış matçında "İnter"lə ev oyununda baş verib.
Həmin qolun müəllifi 54-cü dəqiqədə fərqlənən gürcü yarımmüdafiəçi Nuqzar Kvirtiya olub. Maraqlıdır ki, "təyyarəçilər"in bunadək yeganə qolunun müəllifi də məhz gürcü legioneri olmuşdu. Bu, III turda "Zirə" ilə səfər oyununun 67-ci dəqiqəsində fərqlənən hücumçu David Canelidze idi.
AZAL avqustun 19-da keçirilən həmin oyundan 36 gün sonra rəqib qapısına yol tapa bilib. Ancaq sonda 1:3 hesabı ilə uduzan komanda yenə həm "İnter"lə matçlarda, həm də cari mövsümdə qələbə üzünə həsrət qalıb. Tərlan Əhmədovun yetirmələri cari mövsümdə qalib gələ bilməyən yeganə komandadır. AZAL "İnter" üzərində sonuncu qələbəsini 3 il öncə qazanıb və bundan sonra artıq 12-ci matçdır rəqibini məğlub edə bilmir.