Azərbaycan Premyer Liqasının VI turunda "Kəpəz" - "Qarabağ" oyununu izləməyə Gəncə şəhər icra başçısı Elmar Vəliyev də gəlib. Sportnet.az-ın məlumatına görə, şəhər rəhbəri matçın ilk hissəsinin sonuna yaxın arenaya gəlib. Elmar Vəliyev AFFA-nın sabiq baş katibi Fiad Əsədovla birgə fəxri tribunada yer alıb.
Xatırladaq ki, Elmar Vəliyevin oğlu Elmir Vəliyev "Kəpəz"in Müşahidə Şurasının sədridir.
Mehman Süleymanov, Gəncə