"Rəqib bütün komponentlərdə bizdə üstün idi. Hər bir cəhətdə üstün idilər. Onlarla bizim səviyyəmiz fərqlidir. Mən futbolçularla da bu barədə danışmışam. Çalışacağıq ki, belə rəqiblə bir yerdə olaq və onlar kimi oynayaq. Futbolçularım qladiator kimi döyüşdülər". Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ" klubunun baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının C qrupunda Almaniyanın "Maynts" klubu ilə keçirilmiş oyundan sonra baş tutmuş mətbuat konfransında deyib.
Baş məşqçi daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Rəqibin heyətində iki dəyişiklik oldu. Ehtiyat oyunçular skamyasına baxıb heç nə demədiniz?
- Rəqib komplekləşmiş komandadır. Əvəzetmələrdən sonra oyun sürətləndi. Bu da onların gücündən xəbər verir. Bu da hesabın dəyişməsinə səbəb oldu. Bu səviyyədə oynamaq üçün komanda komplekləşməliyik. Məğlubiyyət xoş hiss deyil, amma öyrənməliyik.
- Almaniya və Azərbaycan çempionatının fərqi göz qabağındadır. Rəqibə nədə uduzdunuz? Çempionatın səviyyəsində, yoxsa əvəzetmədə?
- Tam fərqli səviyyələrdir. Özünüz də o klubların büdcəsini bilirsiniz. Onların səviyyəsinə diqqətlə baxmaq lazımdır. Seleksiya işləri də fərqlidir. Belə sualların tərəfdarıyam. Digər tərəfdən də bu cür sualların verilməsi yaxşıdır ki, hər şey açıqlansın.
- Bildirdiniz ki, futbolçularım qladiator kimi mübarizə aparırdı. Amma bu sözü yalnız Baqali Daboya aid etmək olar. Çünki o, 90 dəqiqə işləyirdi. Premyer Liqada müdafiəsi ilə seçilən "Qəbələ" bu gün müdafiənin səhvindən 3 qol gördü. Razısınız ki, müdafiə xətti etimadı doğrultmadı?
- Qol vurulursa, deməli, səhv var. Biz adətən müdafiə olunanda komanda şəklində bunu edirik. Kimisə günahlandırmaq istəmir. Çünki onlar sürətli hərəkət edirlər və onlara qarşı çətindir. Deyə bilərəm ki, Filip hər bir oyunçudan daha çox qaçıb. Həmçinin də Dabo elədir. Bu da o deməkdir ki, biz düzgün oyunçular seçmişik. Mən öz oyunçularımla fəxr edirəm.
- Teo Uikslə Nika Kvekveskili olsa idi, fərqli nəsə olardı?
- "Qarabağ"da bizim kimi oynayır. Onlara daha yaxşı nəticə arzulayıram. istənilən oyunçunun yoxluğu bizim üçün böyük itkidir. Avropa Liqasında heyət güclü olmalıdır. Bu gün Teo və Nikanın yoxluğuna görə, Vernidubu dayaq yarımmüdafiəçisi mövqeyində oynatdım. Əlbəttə həmin oyunçular olsa idi, fərqli bir şey olardı.
- Ot örtüyünə görə taktiki dəyişikliklər edə biləcəyiniz demişdiniz. Buna ehtiyac oldu?
- Meydança çox yaxşı idi. Əməkdaşlar yaxşı işləyib. Yağış yağdıqca oyun daha çox sürətlənirdi və sanki üzərimizə rəqib tərəfdən tayfun gəlirdi.