
Aleksandr Çertoqanov nəinki Azərbaycan milli çempionatının legionerləri, elə milliləşənlər arasında da ən çox oyun keçirəndir. 36 yaşlı ukraynalı yarımmüdafiəçi eyni zamanda ən çox mövsüm keçirəndir.
Ən çox oyun keçirənlər (minimum 100)
Aleksandr Çertoqanov (Ukrayna) |
292 |
Arif Daşdəmirov (Rusiya) |
263 |
Vladimir Levin (Ukrayna) |
231 |
Usim Nduka (Nigeriya) |
208 |
Tagim Novruzov (Rusiya) |
188 |
Fabio Luis Ramim (Braziliya) |
149 |
Əziz Quliyev (Rusiya) |
144 |
Branimir Subaşiç (Serbiya) |
134 |
Bədavi Hüseynov (Rusiya) |
133 |
Leandro Qomeş (Braziliya) |
119 |
Ruslan Qurbanov (Rusiya) |
116 |
Məhəmməd Mirzəbəyov (Rusiya) |
116 |
Ernani Pereyra (Braziliya) |
101 |
Ən çox mövsüm keçirənlər
Aleksandr Çertoqanov (Ukrayna) |
12 |
Arif Daşdəmirov (Rusiya) |
11 |
Vladimir Levin (Ukrayna) |
11 |
Tagim Novruzov (Rusiya) |
11 |
Əziz Quliyev (Rusiya) |
9 |
Fabio Luis Ramim (Braziliya) |
8 |
Usim Nduka (Nigeriya) |
8 |
Sergey Sokolov (Rusiya) |
7 |
Branimir Subaşiç (Serbiya) |
6 |
Leandro Qomeş (Braziliya) |
6 |
Ruslan Qurbanov (Rusiya) |
6 |
Bombardir də millimizin sabiq üzvüdür. Bu, ən çox qol vuran avropalı olan serbiyalı hücumçu Branimir Subaşiçdir.
10 və daha çox qol vuranlar
Branimir Subaşiç (Serbiya) |
42 |
Leandro Qomeş (Braziliya) |
41 |
Ruslan Qurbanov (Rusiya) |
28 |
Fabio Luis Ramim (Braziliya) |
27 |
Pərdis Fərcad-Azad (Almaniya) |
22 |
Arif Daşdəmirov (Rusiya) |
14 |
Vladimir Levin (Ukrayna) |
14 |
Tagim Novruzov (Rusiya) |
12 |
Milliləşən qapıçıar cəmi 5 nəfərdir. Onlardan ən çox oyun keçirən əslən Ukraynadan olan Andrey Popoviçdir.
Qapıçılar
Kazimir Qudiyev (Rusiya) |
2 |
-1 |
Maksim Vaylo (Rusiya) |
6 |
-3 |
Konstantin Qusev (Rusiya) |
16 |
-11 |
Şahruddin Məhəmmədəliyev (Rusiya) |
35 |
-51 |
Andrey Popoviç (Ukrayna) |
80 |
-119 |
Avtoqol müəllifləri də 5 nəfərdir. Şərikli "liderlər” müdafiəçilər Bədavi Hüseynovla Usim Ndukadır.
Avtoqol müəllifləri
Bədavi Hüseynov (Rusiya) |
2 |
Usim Nduka (Nigeriya) |
2 |
Vladimir Levin (Ukrayna) |
1 |
Murad Hüseynov (Rusiya) |
1 |
Pərdis Fərcad-Azad (Almaniya) |
1 |
Ən çox klub dəyişənlər arasında mütləq lider əslən Dağıstandan olan Tagim Novruzovdur. Yarmmüdafiəçi 9 klubda forma geyinib.
Ən çox klubda oynayanlar
Tagim Novruzov |
9 |
Aleksandr Çertoqanov |
6 |
Arif Daşdəmirov |
6 |
Əziz Quliyev |
5 |
Sergey Sokolov |
4 |
Branimir Subaşiç |
4 |
Daniel Axtyamov |
4 |
Mirzağa Hüseynpur |
4 |
Bədavi Hüseynovla Vladimir Levinin liderlikləri
Ən çox Azərbaycan çempionu olan oyunçu Bədavi Hüseynovdur. 25 yaşlı dağıstanlı müdafiəçi "Qarabağ”ın heyətində Premyer Liqada son 3 mövsümün qalibidir. Vladimir Levin "İnter”lə 2 dəfə çempion olub. 7 milliləşən legioner isə hərəyə 1 dəfə qızıl medal qazanıb.
Ən çox gümüş medalı Branimir Subaşiç qazanıb – 3 dəfə. Fabio Luis Ramım, Arif Daşdəmirov, Yuri Muzika, Abdulla Abasiyev hərəyə 1 dəfə gümüş mükafatçı olublar. 10 milliləşən legioner isə hərəyə 1 dəfə çempionatımızda 2-ci olub.
Vladimir Levin 4 bürünc medalla bu əyarlı mükafatda liderdir. Aleksandir Çertoqanov 3, Branimir Subaşiç isə 2 dəfə "bürünc”ə sahib olub. 10 milliləşən legionerdə 1 belə əyarlı medal var.
Vladimir Levin medalların ümumi sayında da liderdir – 7 (2 qızıl, 1 gümüş, 4 bürünc). Aleksandr Çertoqanov (1 qızıl, 1 gümüş, 3 bürünc), Branimir Subaşiç (3 gümüş, 2 medal) və Arif Daşdəmirovda (2 gümüş, 3 bürünc) hərəyə 5 medal var.
Bədavi Hüseynov çempionluq kimi kubokun finalında da ən çox qələbəyə sevinəndir. O, 2 dəfə Azərbaycan kubokunun sahibi olub. Ancaq finalda ən çox iştirak edən Vladimir Levindir. Sadəcə, o, hər 3 finalında uduzub. Arif Daşdəmirov isə 2 finalda məğlubiyyət alıb. Samir Məsimov, Aleksandr Çertoqanov və Ruslan Qurbanov hərəyə 2 finalda iştirak edib. Onlar bunların 1-də qələbə sevinci yaşayıb, 1-də isə məğlubiyyət acısı dadıb.
Mehman SÜLEYMANOV
Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib.