Bu gün "Xəzər Lənkəran" akademiyasının bir neçə yetirməsi doğma klubu ilə karyerasının ilk peşəkar müqaviləsini bağlayıb. Sportnet.az-ın məlumatına görə, Nurlan Fərəcli, Yusif Həsənov, İbrahim Qədirzadə, Şamxal Sadıqov və Sübhan Məmmədli Lənkəran klubu ilə münasibətləri rəsmiləşdiriblər.
İmza mərasimində "Xəzər Lənkəran" Gənclər İnkişaf Proqramının Rəhbəri İlhan Akgül və əvəzedici komandanın baş məşqçisi Elbrus Məmmədovun iştirak edib. Daha bir futbolçu - Xəqani Sadıqov U-15 milli komandasının toplanışında olduğu üçün onunla müqavilə düşərgəyə döndükdən sonra bağlanacaq.