
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki 2018-ci il dünya çempionatının seçmə mərhələsində Norveç yığması ilə sabahkı ev oyununa start heyətini müəyyənləşdirib. Sportnet.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis bu gün keçirilən mətbuat konfransında qarşılaşmada ilk dəqiqələrdən meydana çıxacaq futbolçuları açıqlayıb: "Bilirəm ki, indi hər kəsi bu, maraqlanırır. Sabah oyuna bu heyətlə başlayacam: Kamran Ağayev, Maqomed Mirzəbəyov, Rəşad Sadıqov, Maksim Medvedev, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Eddi İsrafilov, Ruslan Qurbanov, Dmitri Nazarov, Ağabala Ramazanov”.