
Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə mərhələsində Çexiya yığması ilə bugünkü səfər oyununda azarkeşsiz qalmayacaq. Sportnet.az-ın məlumatına görə, Bakı vaxtilə saat 22:45-də Ostrava şəhərində keçiriləcək matça 100-ə yaxın azarkeşimizin gələcəyi gözlənilir. Onlar üçün biletlər ayrılıb.
Ümumiyyətlə, Çexiya - Azәrbaycan matçına 15 min bilet satışa çıxarılıb vә oyuna 1 saat qalmışadək 13 mini satılıb.
Stadionun tamaşaçı tutumunun 15200 olduğunu nəzərə alsaq, qarşılaşmaya azarkeş marağı böyükdür.