1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kamran Ağayev: "Artıq nəticə vermək vaxtıdır" - MÜSAHİBƏ
DÇ-2018-in seçmə mərhləsi çərçivəsində keçirilən Çexiya – Azərbaycan (0:0) matçından sonra millimzin qapçısı Kamran Ağayev jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- 3 oyunda qol buraxmadığını nəzərə alsaq, səni seçmə mərhələdə Avropa üzrə ən yaxşı saymaq olar?
- Tək məni demək olmaz. Sadəcə əvvəlki formamı bərpa etmişəm. Əsas odu ki, zədələnməyim. Zədə olanda toparlanmaq çətin olur. Əlimdən gələni edirəm. Yığmanın heyətində vuruşmaq lazımdı. Burdan geri – "Boavişta”nın düşərgəsinə qayıdacam. Eşitdiyimə görə, baş məşqçim istefa verib. Ən yaxşı deməzdim, sadəcə, davam etmək lazımdı. Hər şey arxada qaldı.
- Yəqin ki, bu cür havada meydana çıxmaq sənin üçün heç də asan deyildi...
- Belə havada qapıçıların işi daha çox olur. 30 metrdən vurulan zərbə sanki 5 metrdən gəlir. Əsas odu ki, nəticə qazandıq. İstərdik qələbə olsun, amma alınmadı. Özümüzə güvənirik. Siz də bizə güvənsəniz, bir nöqtəyə vurub, bir-birimizə dəstək olub, hətta uğursuzluğa düçar olsaq belə, motivasiya versəniz, yaxşı nəticələr əldə edib DÇ-na vəsiqə qazana bilərik.
- 75-ci dəqiqədə sanki qasıq nahiyəndə dartılma oldu. Əvəzlənməyini istəyirdin?
- İstəmirdim. İlk hissə başa çatanda əzələmdə dartılma hiss etdim. Amma iynə vuruldu. İnanıram ki, yaxşı olacaq. Ağır zədə yoxdu. Sadəcə yüklənmə olub.
- Oyunun gedişində tabloya neçə dəfə baxdın?
- Bunu deməsəm yaxşıdı. Təkcə tabloya yox, hər yerə baxdım. Oyunu idarə etmək bizdən asılıdı. Hərdən elə olurdu ki, təzyiqə uyğun oyunun ritmini salıb, endirmək lazım olurdu. Özün özünü idarə etməlisən.
- 3 oyundan sonra 7 xal qazanacağımızı təsəvvür edə bilirdin?
- İnanmasam, dayanaram. Özündən razılıq etmirəm. Komanda yoldaşlarıma və özümə inanıram.
- Şimali İrlandiya ilə səfər matçı haqqında nə düşünürsən?
- Nə olacağını bilmək olmaz. Sadəcə, vuruşmaq, döyüşmək lazımdı. Hamımız bir olsaq, uğur qazana bilərik.
- Hazırkı komandanı müstəqillik dövrünün ən yaxşı yığması saymaq olar?
- 30 yaşım var. 20 ildi futbol oynayıram. Artıq nəticə vermək vaxtıdır.