1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Azərbaycan millisi cari tsiklin əsas sensasiyasıdır"
Robert Prosineçki baş məşqçisi olduğu Azərbaycan milli komandasının inkişafını qeyd edib.
Sportnet.az-ın məlumatlına görə, millimiz 2018-ci il dünya çempionatının seçmə mərhələsində yer aldığı C qrupunda 3 turdan sonra 7 xalla 2-ci pillədə qərarlaşıb.
Prosineçki məhz millimizin cari seçmə mərhələsinin əsas sensasiyası olması ilə razı olduğunu bildirib: "Heç kim bizdən belə nəticələr gözləmirdi. Ancaq biz öz gücümüzə inanırdıq. Məşqçilər korpusu futbolçuların mentalitetini dəyişdi. Biz daha çox şeyə qadir olduğumuza inanırıq. Azərbaycan yığması həddən artıq işləyir. Biz futbolçuları öz güclərinə inanmağın lazım olduğuna inandırdıq. Və onda onlar hamını təəccübləndirə bilərlər. Norveç üzərində qələbə və Çexiya ilə heç-heçə cididi nəticələrdir. Ölkənin əhalisi eyforiyadadır. Onlar bizə inanır. Axı milli komandaları heç vaxt belə nəticələr göstərməyib. Biz istəyirik ki, yığma təkcə müdafiə olunmasın, hücum futbolu da oynasın".
Xatırladaq ki, millmiz cari seçmə mərhələdə San Marinoya səfərdə, Norveçə evdə 1:0 hesabı ilə qalib gəlib, Çexiya ilə onun meydanında qolsuz bərabərlik edib.