1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Dario Federiko 2 həftəlik sıradan çıxdı
Premyer Liqada AZAL-la səfər oyunu "Kəpəz"in legioneri Dario Federiko üçün uğursuz başa çatıb. Sportnet.az-ın məlumatına görə, braziliyalı yarımmüdafiəçi son saniyələrdə əks-hücumda topla irəliləyərkən əzələsini dartıb və yerə yıxılıb. Həmin anda baş hakim Orxan Məmmədov final fitini səsləndirib və Federiko yerdə qalıb.
Həkimlər onun köməyinə gələrək ayağa qaldırmağa çalışıblar. Ancaq legioner özü meydanı təkr edə bilməyib və komanda yoldaşı, həmyerlisi Renan Silva onu paltardəyişmə otağına belində aparıb.
Bundan əvvəl də Şüvəlanda xəsarət alan, ötən mövsümün böyük hissəsini zədə üzündən buraxmalı olan Dario yenidən bir müddət yaşıl meydandan kənarda qalacaq. Komandanın baş məşqçisi Şahin Diniyev legionerinin 2 həftəlik sıradan çıxdığını açılayıb.
Xatırladaq ki, Federiko 1:0 hesabı ilə qalib gəldikləri matçda qolda iştirak edib.