1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
PAOK Bakıya qalib gəlir
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində növbəti rəqibi olan Yunanıstanın PAOK klubu ölkə çempionatında 7-ci turun matçını keçirib. Sportnet.az-ın məlumatına görə, Saloniki təmsilçisi "İraklis"lə ev matçında 1:0 hesabı ilə qalib gəlib.
Meydan sahibləri erkən qolla - 3-cü dəqiqədə kapo-verdeli yarımmüdafiəçisi Qarri Rodrigesin vurduğu qolla 3 xal qazanıb. Qonaqlar 27-ci dəqiqədə futbolçusu ikinci sarı vrəəqə alaraq meydandan çıxardığına görə matçın böyük hissəsini azlıqda keçirsələr də, PAOK bundan hesabı artırmaq mənasında istifadə edə bilməyib.
Saloniki təmsilçisi 5 oyundan 8 xalla turnir cədvəlində 8-ci yerdə gedir. Yunanlar oktyabrın 20-də "Qarabağ"la Tofiq Bəhramov adına Respublika stadionunda görüşəcək.