1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avropada yeni çempionat yaradılır
Avropanın bir neçə ölkəsi bir araya gələrək yeni çempionat yaratmağa qərar veriblər. Sportnet.az-ın məlumatına görə, Belçika, Hollandiya, İsveç, Şotlandiya və Norveç artıq məsələ ilə bağlı işə başlayıb.
Yeni yaradılacaq liqa UEFA-dan kənar fəaliyyət göstərəcək və bu çempionatda mübarizə aparan komandalar öz ölkələrində çıxış etməyəcək. Artıq Danimarkanın "Kopenhagen" klubu bu məlumatı təsdiqləyib. "Anderlext", "Seltik", "Ayaks", PSV, "Rusenborq", "Malmö" və "Brügge" klublarının da çempionata qatıla biləcəyi bildirilir.
Adıçəkilən komandalar yeni yaradılacaq liqada çıxış edəcəkləri təqdirdə UEFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak etməyəcək.
Qeyd edək ki, adıçəkilən ölkələrin bu cür addım atmasına səbəb Çempionlar Liqasında formatın dəyişməsidir. 2018/2019 mövsümündən etibarən İspaniya, Almaniya, İngiltərə və Fransanın 4 klubu birbaşa qrup mərhələsində çıxış edəcək. Bu halda qitənin ən nüfuzlu klub turnirində digər ölkələr üçün cəmi 16 yer qalacaq ki, bu da digər ölkələrin narazılığına səbəb olub.