1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz üçün uğursuz hakimlər klublarımızın oyununda
Avropa Liqasının qrup mərhələsinin III turunda keçiriləcək "Qarabağ" - PAOK (Yunanıstan) və "Sent-Etyen" (Fransa) - "Qəbələ" matçının təyinatları açıqlanıb. Sportnet.az-ın məlumatına görə, hər iki oyunu idarə edəcək baş hakimlər Azərbaycan futbol ictimaiyyəti üçün yad deyil.
Fransada iş başında olacaq türkiyəli Ali Palabıyık bir dəfə Bakıda olub. O, 2015/2016 mövsümünün I təsnifat mərhələsində "Neftçi"nin oyununu idarə edib. Bakıda Çernoqoriya "Mladost"u ilə keçirilmiş görüş 2:2 hesabı ilə başa çatıb. Bundan başqa qardaş ölkə referisi bu ilin martında milli komandanın oyununu da idarə edib. Antalyada baş tutmuş Qazaxıstanla görşdə millimiz 0:1 hesabı ilə məğlub olub.
Bakıda iş başında olacaq israilli Alon Yefet də artıq azarbaycanlı azarkeşlər üçün tanışdır. O, son mövsümdə Avropa Liqasının pley-off mərhələsində İsveçrədə keçirilmiş "Yanq Boyz" - "Qarabağ" oyununa təyinat alıb. Həmin qarşılaşmada Azərbaycan klubu 1:0 hesabı ilə qələbəyə sevinib. Üstəlik Yefet bir dəfə millinin oyununu idarə edib. AVRO-2016-nın seçmə mərhələsində Bolqarıstanla keçirilmiş oyunda millimiz 1:2 hesabı ilə məğlub olub.