
İspaniyanın "Barselona" klubu futbolçusu Xavyer Maskerano ilə müqavilə müddətini artırıb. Sportnet.az-ın məlumatına görə, müdafiəçi 2019-cu ilin iyulunadək kataloniyalıların uğurları üçün çalışacaq.
32 yaşlı futbolçu ilə müqavilə imzalanma mərasimi bu gün keçirilib.
Qeyd edək ki, Maskeranonun əvvəlki müqavilə müddəti 2018-ci ildə başa çatacaq.