
Dortmundun "Borussiya" klubunun türkiyəli futbolçusu Əmrə Morun cəzası açıqlanıb. Sportnet.az-ın məlumatına görə, Almaniya Futbol İttofaqının rəsmi saytı 19 yaşlı yarımmüdafiəçinin Bundfesliqanın son turunda "Herta" ilə ev oyununda aldığı birbaşa qırmızı vərəqəyə görə qarşıdakı 2 oyunda komandasına kömək edə bilməyəcəyini açıqlayıb.
Bununla da Mor yığmasında olduğu kimi, klubunda da cəzalı duruma düşüb. O, "ay-ulduzlular"ın heyətində cari seçmə mərhələdə vərəqə limitini aşdığına görə Kosovo millisi ilə qarşıdakı matçda meydana çıxa bilməyəcək.
Əmrənin kobudluq etdiyi rəqib futbolçu Sebastyan Lanqkamp qarşılaşmadan sonra ondan üzr istəyərək qırmızı vərəqəyə layiq olmadığını bildirib. Ancaq Almaniya ali futbol qurumu Mora güzəştə getməyib.