
AFFA-nın İntizam Komitəsi ötən həftə yaşıl meydanlarda baş verən hadisələrə hüquqi qiymət verib.
U-14 Liqasında keçirilməli olan "Rəvan" - "Qəbələ" matçında meydan sahiblərinin oyuna gəlməməsi, U-11 Liqasının "Göyçay" OİK Gİİ - UGİM (Göyçay) matçında hər iki komandanın təyin olunan vaxtda meydanda olmamasına görə adı çəkilən klublar 0:3 hesablı texniki məğlubiyyət alıb.
U-11 Liqasında Şəms UGİM 1 (Gəncə) – UGİM Gənclərbirliyi (Gəncə) matçında isə birincilərin heyətində limitin pozulmasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.