
Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - PAOK (Yunanıstan) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub. Sportnet.az-ın məlumatına görə, oktyabrın 19-u "Azərsun Arena"nın mətbuat zalında baş məşqçi Qurban Qurbanov saat 17:30-da media mənsublarının önünə çıxacaq.
"Qarabağ"ın son məşqi saat 18:00-da Suraxanı qəsəbəsində yerləşən bazada baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
PAOK-un son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi Respublika stadionunda baş tutacaq. Yunanıstan təmsilçisinin baş məşqçisi isə son məşqdən öncə saat 19:15-də Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq.
Qeyd edək ki, "Qarabağ" - PAOK matçı 20 oktyabr saat 21:00-da start götürəcək.