1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
"Sent-Etyen" Bakıya 21 futbolçu ilə gəlir
Fransanın "Sent-Etyen" klubu Avropa Liqasının qrup mərhələsində "Qəbələ" ilə qarşıdakı oyun üçün Bakıya gətirəcəyi heyəti açıqlayıb. Sportnet.az-ın məlumatına görə, rəqibin baş məşqçisi Kristof Qaltyenin sərəncamında 21 futbolçu olacaq. Bunlar aşağıdakı futbolçulardır:
Qapıçılar - 1. Entoni Maysonnal, 16. Stefan Ruffyer, 30. Jessi Mulin
Müdafiəçilər - 2. Kevin Teofil Katerin, 3. Pyerr İves Polomat, 4. Leo Lakroks, 12. Çeykh Mbenqe, 19. Florentin Poqba, 24. Lük Peren, 25. Kevin Malkuit
Yarımmüdafiəçilər - 5. Vinsent Poyet, 7. Bryan Dabo, 11. Henri Sayvet, 14. Jordan Varetut, 15. Ule Selnes
Hücumçular - Nolan Ruks, 10. Oussama Tanane, 22. Kevin Monnet-Paguet, 23. Aleksander Sederlund, 27. Robert Beriç, 35. Arnaud Nordin.
Göründüyü kimi, heyətdə FİFA tərəfindən 11 aylıq cəzaya məruz qalan Ule Selnes də var. Ancaq bu qərar yalnız əsas yığma ilə bağlı olduğundan yarımmüdafiəçi klubda beynəlxalq matçda oynaya bilər. Buna görə də Selnes 1 ayda 2-ci dəfə Bakıda meydana çıxmaq imkanına malikdir. Sadəcə, budəfəki oyun Bakı Olimpiya Stadionunda yox, noyabrın 3-də "Bakcell Arena"dakı matçdır.
Xatırladaq ki, Ule oktyabrın 7-də millisinin heyətində Bakı Olimpiya Stadionunda Azərbaycan yığması ilə matçdan sonra yan xətt hakiminin ünvanına təhqiramiz sözlər işlətdiyinə görə FİFA-nın 11 aylıq cəzasına məruz qalıb.