1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"nin son, "Qarabağ"ın böyük üstünlük qazanmaq şansı
Sabah Azərbaycanın Avropa Liqasında təmsilçiləri növbəti oyunlarına çıxacaqlar. Spportnet-azən məlumatına görə, qrupda mübarizə ekvator xəttini keçib və IV turdan etibarən komandalarla yenidən bir-biri ilə görüşməyə başlayacaq. Özü də bu dəfə III turun cütləri olacaq. Sadəcə, meydan sahibləri dəyişiləcək. Bu isə o deməkdir ki, "Qarabağ" bu dəfə Yunanıstan PAOK-unun qonağı olacaq, "Qəbələ" isə Fransa "Sent-Etyen"ini qəbul edəcək.
Təmsilçilərimizin qrupda vəziyyətləri tam fərqlidir. Hesabında 4 xal olan "Qarabağ" qrupda 2-ci yerdədir və eyni xala malik rəqibini şəxsi oyuna görə qabaqlayır. Bu isə o deməkdir ki, PAOK-la səfər matçı heç-heçə bitərsə, Qurban Qurbanovun komandası yenə yunanlardan öncə olacaq. Xallar bərabər olarsa, bu, sonadək belə davam edəcək. Deməli, "Qarabağ" şəxsi oyunlara görə əsas rəqiblərindən birini sıradan çıxarmış olacaq. "Qarabağ" qalib gələcəyi halda isə 1/16 finalı vəsiqəni böyük ölçüdə həll etmiş olacaq. Ancaq məğlubiyyət çempiounumuzun işini çox çətinləşdirəcək. Çünki PAOK bu halda 3 xal bizdən öndə olacaq və "Qarabağ"ı bundan sonrakı turda növbəti çətin səfər - "Slovan"la Çexiyada oyun gözləyir.
İstənilən halda, Ağdam klubu nəticədən asılı olmayaraq şansını saxlayacaq. "Qəbələ" isə ardıcıl 4-cü məğlubiyyətini alacağı halda qrupda qalmasını rəsmiləşdirəcək. Düzdür, bunun üçün "Anderlext" - "Maynts" oyununda tərəflərin birinin qalib gəlməsi də lazımdır. Bu matç Almaniyada olduğu kimi heç-heçə bitərsə, Roman Qriqorçukun komandası şansını saxlayacq. Çünki bu halda 6 xallıq fərqi son 2 turda aradan qaldırmaq mümkündür və əsası, "Qəbələ"nin bu komandalarla oyunları qalıb. Sadəcə, "Anderlext" "Maynts" "Sent-Etyen"lə matçda da uduzmalıdır. Qrupumuzun əsas favoritlərinin son 2 turda 1 xal qazanmayacağı isə az inanndrıcı görünür.
Qeyd eədk ki, "Qəbələ" ötən mövsüm PAOK-la qolsuz heç-heçələr sayəsində qrupda 2 xal toplayıb və sonuncu yeri tutub. "Qarabağ" isə əvvəlki 2 mövsümdə qrupdan çıxmaq şansını son turadək saxlayıb və qələbə qazana bilmədiyindən mübarizəni davam etdirməyə müvəffəq olmayıb.